Bir neçə ay əvvəl aldığı maşınında öldü - Fotolar

Bir neçə ay əvvəl aldığı maşınında öldü
Oxunma sayı: 7903

Dünən Şəmkir rayonunda baş verən qəzada 21 yaşlı gənc vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Hüseynovun bir neçə ay öncə aldığı Rusiya nömrəli “VAZ 21074” markalı maşını dostu və həmyaşıdı Rəşad Sadıqov idarə edirmiş. K.Hüseynov isə qabaq oturacaqda oturubmuş. Kazımgilin evlərinə yaxın ərazidə yolda maşının qarşısına velosiped sürən uşaq çıxıb. 

Bu zaman sürücü uşağı vurmamaq üçün maşını sağa çəkib və ağaca çırpılıb. Nəticədə K.Hüseynov vəfat edib, sürücü R.Sadıqov və arxada oturan sərnişin, Kazımın dostu Fərid Mərdanov ağır xəsarət alıb. Onların hər ikisinin Gəncə xəstəxanasında komada olduğu bildirilir.

K.Hüseynov evin tək oğludur, iki bacısı var. O, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alırmış. Bu il 3-cü kursu bitirib.

İşi ilə bağlı Sankt-Peterburqda yaşayan mərhumun atası bu gün Azərbaycana gələcək. Kazım Hüseynovun yaxınları da dəfn üçün atanın gəlişini gözləyirlər. 

Murad Əhməd






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi