Bir yaşlı qız su quyusuna düşüb öldü - Yenilənib

bir-yasli-qiz-su-quyusuna-dusub-oldu
Oxunma sayı: 2435

Bu gün İsmayıllıda bir yaşlı qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 13 radələrində rayonun Diyallı kəndində qeydə alınıb.

2024-cü il təvəllüdlü Səma Sənan qızı Məmmədova həyətyanı sahədə olan su quyusuna düşərək həyatını itirib.

Körpənin meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Azyaşlının su arxına düşərək öldüyü məlum olub.