Birinci Qarabağ müharibəsi şəhidinin anım günüdür

birinci-qarabag-muharibesi-sehidinin-anim-gunudur
Oxunma sayı: 1133

Bu gün Qarabağ döyüşlərində şəhid olan baş leytenant Bayramov Malik Yaşa oğlunun şəhadətə yüksəldiyi gündür.

“Qafqazinfo” xəbər verir ki, Malik Bayramov 1964-cü il martın 15-də Şamaxının Bağırlı kəndində anadan olub.

O, 1990-cı ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakültəsini bitirib. 1992-ci ildən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

M. Bayramov Cəbrayıl, Füzuli, Tərtər rayonu istiqamətlərində gedən döyüşlərdə vuruşub. 1994-cü il mayın 8-də Tərtər rayonu Çaylı-Talış döyüşlərində qəhrəmancasına şəhid olub.

Malik Bayramovun büstü bir müddət öncə ailəsinin yaşadığı Çuxuryurd kəndinə köçürülüb.

O, ölümündən sonra Heydər Əliyev tərəfindən 1995-ci ildə “Azərbaycan Bayrağı” ordeni ilə  təltif olunub. Şəhid zabit Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub.