Birinci qız, sonra sevgilisi özünü dənizə atdı - Bulvardakı intiharın təfərrüatı

birinci-qiz-sonra-sevgilisi-ozunu-denize-atdi
Oxunma sayı: 13114

Bakıda sevgililərin qovuşmasına razılıq verilməməsi sonda ölümlə nəticələnib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gecə 2 radələrində bir nəfərin Bakı bulvarında dənizə düşməsi barədə yayılan rəsmi açıqlamanın detalları məlum olub.

Belə ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov Zöhrab oğlu və 1994-cü il təvəllüdlü Nəzakət Rzazadə Müğdət qızı bir-birlərini seviblər.

Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb.

İlk olaraq Nəzakət Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. N.Rzazadə hadisə nəticəsində suda boğularaq vəfat edib. B.Məmmədov isə xilasedicilər tərəfindən sudan sağ çıxarılıb.

***

Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən N.Rzayevanın meyitinin axtarışı mümkün olmayıb. B. Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir. 

Faktla bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir. 

Murad Əhməd