Birinin 134, digərinin isə 109 yaşı var - Fotolar

birinin-134-digerinin-ise-109-yasi-var
Oxunma sayı: 7633

Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov danışıb.

M. Pənahovun sözlərinə görə, onlardan ən yaşlısı Lənkərandan olan qadın seçici 134 yaşlı Tamam Əli qızı Əzizovadır. O, 78 saylı Lənkəran seçki dairəsinin seçicisidir.

Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü, 109 yaşlı Hilal İsa oğlu İbrahimovdur.