İş adamını niyə güllələdilər? – Təfərrüat

<b>İş adamını niyə güllələdilər? – <font color=red>Təfərrüat</b></font>
Oxunma sayı: 320

Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, iyunun 5-də saat 15 radələrində Suraxanı rayonunda fəaliyyət göstərən «Altun» istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən «Badi-Kübə» Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəşlər açaraq MTK-nın sədri Məmmədov Samid Abış oğlunu qəsdən öldürüb, sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə qəsdən öldürməyə cəhd edərək bədən xəsarəti yetirib.Fakta görə həmin tarixdə Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış və iş üzrə ibtidai istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə olunub.

Türkel Əsədullazadə Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.
Aparılmış istintaqla müəyyən edilib ki, 2003-cü ildən təsis edilən «Badü-Kubə» Mənzil-tikinti kooperativi alqı-satqı müqaviləsi əsasında 2007-ci ildən Ədalət Qəmbərov tərəfindən alınıb. Ə.Qəmbərov kooperativ tərəfindən Yeni Günəşli qəsəbəsində 0.40 ha torpaq sahəsində tikilməkdə olan yaşayış binasının inşaasını davam etdirib. Həmin dövrdə qeyd edilən torpaq sahəsinin, eyni zamanda qonşuluqda yerləşən «Altun» istirahət mərkəzinin sahibi A.Əsədullazadə «Badü-Kubə» MTK-nın təsisçisi Ə.Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kvadrat metr yaşayış sahəsi verilməli olduğunu bildirib. Ə.Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün A.Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ə.Qəmbərovla aralarında mübahisə yaranıb. Ə.Qəmbərov binanın tikintisi ilə bağlı sənədləri tələb etdikdə A.Əsədullazadə həmin sənədləri toplamağı boynundan atıb. Bundan sonra Ə.Qəmbərov binanın tikintisi üçün müvafiq sənədləri toplayıb və binanın sahəsi 2.000 kvadrat metrlik 13 mənzilin sənədlərini A.Əsədullazadəyə təqdim edib. Həmin vaxtdan başlayaraq A.Əsədullazadə ona verilməli olan payın qalan hissəsini həm məhkəmə yolu ilə, həm də qeyri qanuni üsullarla tələb edib.

İstintaqla həmçinin müəyyən olunub ki, A.Əsədullazadə və Ə.Qəmbərov arasında olan mübahisə ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 186.1-ci (əmlakı qəsdən məhv etmə) maddələri ilə ibtidai istintaq aparılaraq icraatı dayandırılıb, həmçinin Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan 1 iyun 2012-ci il tarixdə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işləri mövcuddur.

Eyni zamanda bildirilir ki, "Badu-Kübə" MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsındən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılır.

İstintaqla müəyyən edilib ki, "Badu-Kübə" MTK-nın təsisçilərindən olan Əliyev Nəsib Yusif oğlu və Cabbarov Zaur Zeynal oğlu müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətandaşa təkrarən sataraq 3.883.332 manat məbləğındə pulu, o cümlədən "A.R.&Ko" MMC-nin direktoru Əsədullazadə Asif Yusif oğlu "Badu-Kübə" MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətandaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli mıqdarda ziyan vurmaqla dələduzluq ediblər.

Nəsib Əliyev, Zaur Cabbarov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı), 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə, Asif Əsədullazadə isə həmin məcəllənin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda qeyd edilən cinayət işləri üzrə istintaq davam etdirilməklə, cinayətin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin təqsirləndirilən şəxslər tərəfindən cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi