Bişkekdə fövqəladə vəziyyət elan edildi

biskekde-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 3545

Qırğızıstanın paytaxtı Bişkekdə hava şəraiti səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, güclü qasırğa paytaxtda ağacları aşırıb, evlərin damlarını uçurub.

Sosial şəbəkələrdə vətəndaşlar pis hava şəraitinin fəsadlarını əks etdirən fotoşəkillər və videolar paylaşıblar. Xüsusən də şəhər küçələrində dayanmış bir neçə avtomobil üzərlərinə ağacların aşması nəticəsində zərər görüblər.