Bizimkilər Əfqanıstana getdilər

Bizimkilər Əfqanıstana getdilər
Oxunma sayı: 394

Məlumatı Trend-ə “Silk Way” şirkəti direktorunun müavini, komissiyanın üzvü Adil Qasımov verib. Onun sözlərinə görə, hadisənin səbəbləri və heyət üzvlərinin taleyi barədə məlumat komissiya üzvləri hadisə yerinə çatdıqdan sonra veriləcək.

Xatırladaq ki, təyyarə qəzası iyulun 6-da Bakı vaxtı ilə saat 02.10-da baş verib. Əfqanıstan tərəfinin məlumatında Baqram hava limanı yaxınlığında enməyə hazırlaşan Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsi ilə rabitənin ani olaraq kəsildiyi və radarlarda görüntüsünün itdiyi bildirilib. Eyni zamanda Kabil hava limanının qülləsində gəminin uçuşunu idarə edən dispetçer hava limanından təxminən 25 km uzaqlıqda 4 km hündürlükdə havada işartı gördüyünü bildirib.

Rabitə kəsilən ana qədər gəminin ekipajı tərəfindən hər hansı nasazlıq və ya qəza şəraiti barədə məlumat daxil olmadığından, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib.

Təyyarənin göyərtəsində 9 ekipaj üzvü olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi