Biznesmenin qızı təyyarə qəzasında öldü, gələn ay toyu olacaqdı - 11 ölü + Yenilənib

biznesmenin-qizi-teyyare-qezasinda-oldu-gelen-ay-toyu-olacaqdi
Oxunma sayı: 16290

Türkiyə sərnişin təyyarəsi İranın cənubunda qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata əsasən, qəzaya uğrayan şəxsi təyyarə olub. Hava gəmisi Şardca-İstanbul reysi üzrə hərəkət edirmiş. Qəza Çexarmexal və Baxtiyariya əyalətində qeydə alınb. Yerə düşən təyyarə yanmağa başlayıb.

Hadisə yerinə xilasedici briqada göndərilib.

***

“Qafqazinfo”nun məlumatına görə, təyyarədə 3 heyət üzvü və 8 sərnişin olub. Qəza nəticəsində göyərtədə olan 11 nəfərin hamısı ölüb.

***

Qəzaya uğrayan təyyarənin Başaran Holdinqə məxsus olduğu açıqlanıb. Təyyarədəki sərnişinlər is' biznesmen Hüseyn Başaranın qızı Minə və 7 rəfiqəsi olub.

Qeyd edək ki, Minə Başaranın gələn ay toyu olacaqdı.