Klinton ermənilərə cavab verib

klinton-ermenilere-cavab-verib
Oxunma sayı: 659

ABŞ dövlət katibi Hillari Klinton ölkəsində fəaliyyət göstərən “Ay Dat” erməni təşkilatının Azərbaycanın guya cəbhə xəttində atəşkəsi pozması ilə bağlı narahatlıq ifadə olunan məktubuna cavab verib. “Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Klintonun cavab məktubu Ermənistan mediasında narazılıqla qarşılanıb. Belə ki, Klinton cəbhədə baş verən son hücumlarla bağlı Azərbaycan tərəfini “lazımı şəkildə” ittiham etməməkdə günahlandırılıb.

Qeyd edək ki, Təşkilatın sədri Kena Xaçikyana ünvanlanan cavab məktubunda Klintonun adından yazan dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon cəbhədə insan itkisi ilə bağlı dərindən təəssüfləndiyini qeyd edib və xatırladıb ki, ABŞ tərəfləri güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Azərbaycana hərbi texnika satışı ilə bağlı xəbərlərdən narahatlığını ifadə edən Xaçikyanın müraciətinə cavab olaraq isə Qordon bildirib ki, Birləşim Ştatlar regionda təhlükəsizliyə nəzarət edir ki, Dağlıq Qarabağda sülh nizamlanması üzrə səylərə xələl gəlməsin.


Səidə