BMT-nin Baş katibi səfirliyə hücumdan danışdı

bmt-nin-bas-katibi-sefirliye-hucumdan-danisdi
Oxunma sayı: 2411

BMT Baş katibi Antoniu Quterreş Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını qətiyyətlə pisləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik deyib.

“İlk növbədə öldürülən hərbçinin ailəsinə və Azərbaycan xalqına başsağlığı veririk. Biz İran hakimiyyətinin dərhal araşdırma apardığını və bu istiqamətdə sürətlə hərəkət etdiyini görməkdən şadıq. Bildirmək istərdik ki, diplomatik missiyaya hücum həm də beynəlxalq hüququn açıq-aydın pozulmasıdır”, - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.