BMT Ukraynadakı bütün tərəfləri atəşkəsi təşviq etməyə çağırdı

bmt-ukraynadaki-butun-terefleri-ateskesi-tesviq-etmeye-cagirdi
Oxunma sayı: 1257

BMT Ukrayna münaqişəsinin bütün tərəflərinin hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etməsini zəruri hesab edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda təşkilatın Baş katibinin sözçünün müavini Farhan Haq açıqlama verib.

Ukraynaya Qərb hərbi texnikasının tədarükü ilə bağlı müzakirələrə dair suala cavab olaraq BMT nümayəndəsi qeyd edib ki, təşkilat münaqişənin tez bir zamanda bitməsini istəyir.

“Bizim narahatlığımız ondan ibarətdir ki, qarşıdurma davam edir. Biz tərəflərin hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etmələrini istəyirik”, - deyə Farhan Haq əlavə edib.