BMU-nun rektoru beynəlxalq reytinq agentliyinin əməkdaşları ilə onlayn görüşdü

bmu-nun-rektoru-beynelxalq-reytinq-agentliyinin-emekdaslari-ile-onlayn-gorusdu
Oxunma sayı: 1289

Bakı Mühəndislik Universitetinin (BMU) rəhbər heyəti ilə Böyük Britaniyanın “QS Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin əməkdaşları arasında onlayn görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş beynəlxalq reytinqlərdə BMU-nun daha yüksək pillələrə qaldırılması və qlobal mühitdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin, eyni zamanda  növbəti mərhələlərin müzakirəsi məqsədi daşıyıb.

BMU-nun rektoru Yaqub Priyev hazırda universitetin növbəti ildə reytinqdə daha da irəliləməsi üçün aparılan işlər, o cümlədən bu sahədə ali təhsil ocağının fəaliyyət planı haqda danışıb. Rektor agentliklə birgə aparılan müzakirələrin faydalı olacağına və ümumi işə töhfə verəcəyinə inandığını vurğulayıb.

Sonra “QS Quacquarelli Symonds” əməkdaşları (agentliyin baş məsləhətçisi Veronika Omeni, konsaltinq layihələri üzrə koordinatoru Dara Bukhtoyarova, konsultantları Habib Fardoun, Nilly Castano) təqdimatlarla çıxış ediblər. BMU-nun reytinq səviyyəsinin yüksəldilməsi məqsədilə apardığı ümumi işlər və strateji yanaşmada, eləcə də elmi fəaliyyət, nəşrlərdə istinad və sitatlarda müsbət tendensiyanın müşahidə olunduğunu deyən beynəlxalq ekspertlər, bununla yanaşı, ali təhsil ocağının mövqeyinin yaxşılaşdırılması üçün vacib olan əsas məqamları diqqətə çatdırıblar.