Neftin pulu hara gedəcək?

neftin-pulu-hara-gedecek
Oxunma sayı: 658

Onun sözlərinə görə, 2013-cü ildə Neft Fondunun gəlirləri 11,819 mlrd. manat ( cari kursla $15,1 mlrd.), xərcləri isə - 13,599 mlrd. manat ($17,3 mlrd.) proqnozlaşdırılır. Fondun büdcə kəsiri 1,78 mırd. manat ($2,2 mlrd.) təşkil edəcək.

Neft Fondunun gəlirləri proqnozlaşdırılarkən Azərbaycanın ixrac neftinin illik orta qiyməti $100 götürülüb 1 barel üçün.

İcraçı direktor həmçinin bildirib ki, 2013-cü ildə Neft Fondunun xərc hissəsini aşağıdakı layihələrin maliyyələşdirilməsinə yönəltmək nəzərdə tutulub:

- dövlət büdcəsinə transfertlər: 11,35 mlrd.manat;
- qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması: - 300 mln. manat;
- Bakı-Tiflis-Qars dəmir yolu layihəsi: 138 mln. manat;
- Azərbaycanlı tələbələrin xaricdə təhsil layihəsi: 34 mln. manat;
- Samur-Abşeron kanalının tikintisinin başa çatdırılması: 27 mln. manat.

Qeyd etmək lazımdır ki, bütün bu sadalanan xərclər cəmi 11 mlrd 849 mln. manat təşkil edir. Fondun xərclər hissəsində isə daha 1 mlrd. 750 mln. vəsait qalır ki, onu da dövlət əhəmiyyətli layihələrin maliyyələşdirilməsinə yönəltmək nəzərdə tutulub.

Bu məsələyə toxunan Fond rəsmisi bildirib ki, gələn il ARDNF Azərbaycan üçün müstəsna əhəmiyyəti olan 2 layihənin maliyyələşdirməsinə başlayacaq. Bunlardan biri Trans Anadolu Boru kəməri (TANAP) layhəsidir, digəri isə Qaradağ rayonu ərazisində Dövlət Neft Şirkətinin Neft Emalı və Neft-Kimya Kompleksinin tikintisidir.

caspianbarrel.org