“Bodo-Qlimt”dən Emil Balayevlə bağlı açıqlama

bodo-qlimtden-emil-balayevle-bagli-aciqlama
Oxunma sayı: 1051

“Tobol”dan ayrılan Azərbaycan millisinin qapıçısı Emil Balayev Norveçin “Bude-Qlimt” klubunun düşərgəsindədir.

“Qafqazinfo” AN nəşrinə istinadən xəbər verir ki, klubun qapıçılar üzrə məşqçisi Conas Ueland Kolstad 25 yaşlı qolkiperlə bağlı açıqlama verib:
 
“Emil Qazaxıstan və Azərbaycanda son illər yüksəlişə nail olub. Azərbaycan millisinin heyətində Avropa çempionatının seçmə mərhələsində çıxış etdi. Onu uzun müddətdir ki izləyirik və maraqlı olduğunu düşünürük. Ona daha da yaxından baxmaq üçün bura dəvət etdik. Sonda nə baş verəcəyini görəcəyik, o, məşqlərini davam etdirir”.