Boksçularımızın mundialda ilk rəqibləri bilindi

bokscularimizin-mundialda-ilk-reqibleri-bilindi
Oxunma sayı: 858

Polşanın Keltse şəhərində keçiriləcək boks üzrə gənclər arasında dünya birinciliyinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün start götürəcək və 11 gün davam edəcək mundialda Azərbaycan millisinin üzvlərinin də rəqibləri bəlli olub.

Komandamızın heyətində ilk olaraq rinqə Əzrək Bəbirov çıxacaq.

13 aprel

1/16 final

Əzrək Bəbirov (56 kq) – Maksat Jusipov (Qırğızıstan)

14 aprel

1/16 final

Əli Zamanov (52 kq) – Ruben Qarboyan (Ermənistan)

Əsəd Baxışov (91 kq) – Ramazan Dadayev (Rusiya)

15 aprel

1/16 final

Cəlal Qurbanov (60 kq) – Ferens Samu (Macarıstan)

Samir Nəsirov (69 kq) – Petar Knezeviç (Xorvatiya)/Mateus Urban (Polşa)

16 aprel

1/16 final

Elmir Novruzov (64 kq) – Darian Kastro (Kuba)

Cəfər Heydərli (75 kq) – Villiam Çolov (Bolqarıstan)

Murad Allahverdiyev (81 kq) – Domeniko Vingiquerra (İtaliya)

17 aprel

1/8 final

Nicat Hüseynov (49 kq) – Salvator Di Noto (İtaliya)/Allan Morozov (Estoniya)