“Bölgələrdə lisey və gimnaziyaların sayının artırılmasını hədəfləyirik”

bolgelerde-lisey-ve-gimnaziyalarin-sayinin-artirilmasini-hedefleyirik
Oxunma sayı: 1245

“Bölgələrdə lisey və gimnaziyaların sayının artırılmasını hədəfləyirik”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılış mərasimində deyib.

E.Əmrullayev bildirib ki, bu tipli təhsil müəssisələri təkcə Bakı və Sumqayıtda olmamalıdır:

“Gələcəkdə hər bir bölgədə ən azı 2-3 təmayüllü lisey fəaliyyət göstərməlidir”.

Nazir qeyd edib ki, 15-20 il əvvəl bu qədər gənc beynəlxalq ali məktəblərə qəbul ola bilmirdi:

“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. 10 ildə peşə təmayüllü lisey və gimnaziyaların fəaliyyəti üçün islahatlar aparıldı. İslahatların 8-9-cu ilində bunun təhsil sistemi üçün uğurlu olduğunu gördük. Ötən il 40 məktəblimiz dünyanın ən aparıcı universitetlərinə qəbul olunub.

Gələcəkdə respublika məktəbləri arasında idman və yaradıcılıq yarışları təşkil ediləcək. Bu ildən başlayaraq Gənclər və İdman Nazirliyi ilə birlikdə addımlarımızı atırıq. Məqsədimiz şagirdlərdəki digər bacarıqları da üzə çıxarmaqdır”.

Lamiyə Məmmədova