“Böyük oyun”dan nə xəbər?

boyuk-oyundan-ne-xeber
Oxunma sayı: 643

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib. O bildirib ki, görüşün baş tutub-tutmaması oyunun başlama saatına qədər dəqiq bəlli deyil: “Oyunun təxirə salınıb salınmayacağını ,stadionun nə dərəcədə əlverişli vəziyyətdə olduğunu, ancaq hakim müəyyənləşdirəcək. Yalnız onun qərarından sonra hər şey məlum olacaq”

Mətbuat rəhbəri oyunun keçiriləcəyi halda kifayət qədər azərkeşin “Xəzər Lənkəran”a dəstək verəcəyini bildirib: “Həmişə ki kimi Lənkəran azarkeşləri doğma komandalarına dəstək verəcəklər. Yağış yağsa da, bu gün də stadiona kifayət qədər fanatın gələcəyini gözləyirik”.

Daha sonra Y.Əliyev “Neftçi” klubunun azərkeşləri üçün də stadionda lazımı qədər yer ayrıldığını bildirib: “Rəqib komandanın azərkeşləri üçün də istədikləri qədər yer ayıracağıq. Ancaq hazırda onların sayının nə qədər olduqları və Lənkərana gəldikləri barədə dəqiq məlumatım yoxdur”.

İqbal