bp Qarabağ layihəsi çərçivəsində tədqiqat proqramına dair məlumat yaydı

bp-qarabag-layihesi-cercivesinde-tedqiqat-proqramina-dair-melumat-yaydi
Oxunma sayı: 505

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidmət sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı Podratçı tərəflərin adından hazırlanıb və nəşr edilib.

“Qafqazinfo” xəbər verir ki, sənəddə təklif edilən tikinti fəaliyyətlərinin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə və sosial iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir.

ƏMSSTQ prosesi təklif edilən işlərin nəticəsində yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.

Boru dəstləri istehsalı obyekti Qarabağ layihəsi, həmçinin, gələcəkdə Xəzər dənizində digər neft və qaz işlənmə layihələri üçün sualtı boru kəməri dəstlərinin ölkədə istehsalı və sınaqdan keçirilməsi məqsədi ilə Bakı şəhərindən təxminən 85km cənub-qərbdə, Bəndovan burnunun yaxınlığında inşa ediləcək. Layihə istehsal zonasının, boru dəstləri üçün rels əsaslı hərəkət zolağının, yedəkləmə əməliyyatları üçün dənizə buraxma yolunun, boru anbarlarının, köməkçi avadanlıqların, əməliyyatlar mərhələsi üçün yaşayış düşərgəsinin, ofislərin və çınqıl döşənmiş giriş yolunun tikintisini əhatə edir. Tikinti fəaliyyətlərinin 2026-cı ilin üçüncü rübündə başlanması və 2028-ci ilin birinci rübündə tamamlanması gözlənilir. Obyektin istismarı və layihənin dənizdə işlənmə mərhələsi ilə bağlı təsirin qiymətləndirilməsi ayrı bir müvafiq sənəddə əhatə olunacaq.

Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMSSTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin birgə fikirlərinin layihələndirmə işlərində və ƏMSSTQ sənədində əksini tapmasını təmin edir.

ƏMSSTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və sənədlə aşağıdakı keçid və QR kodu vasitəsilə bp-nin veb-səhifəsində tanış ola bilərsiniz:

Azərbaycan dilində:

İngilis dilində:

1 may 2026-cı il tarixindən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

· bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153

· M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29

· Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31

· Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20

· Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a

· Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan şossesinin 3-cü kilometri.

· Şirvan Milli Parkı, Salyan rayonu, Yenikənd

ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:

- doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla [email protected] ünvanına və ya

- doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə və yaxud

- doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimai yerlərdən istənilən birinə təqdim edə bilərsiniz.

ƏMSSTQ sənədinin açıqlanma müddəti 31 may 2026-cı il tarixinədəkdir.

ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.