“Porto” azərbaycanlı futbolçu ilə bağlı qərarını açıqlayacaq

porto-azerbaycanli-futbolcu-ile-bagli-qerarini-aciqlayacaq
Oxunma sayı: 653

“Qafqazinfo” xəbər verir ki, noyabrın 2-də adıçəkilən klubun Skautlar Departamentinin Direktoru Joao Luis Afonso tərəfindən “Sumqayıt” FK-na faks daxil olub. Məktubda “Porto”nun Orxan Əliyevi baxışa dəvət etdiyi qeyd olunub.

Artıq noyabrın 5-də 17 yaşlı futbolçu Portuqaliya çempionu “Porto”nun düşərgəsinə baxışa yollanıb.

“Porto” Orxan Əliyevlə bağlı qərarını 1 həftə sonra açıqlayacaq.
Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə “Sumqayıt” FK-nun heyətində Premyer Liqada 8 qarşılaşmada (486 dəqiqə) forma geyinib və rəqib qapılarından 2 top keçirib. O, ötən mövsüm isə 5 qolla komandamın Premyer Liqada ən sərrast futbolçusu seçilib.