Braziliyada koronavirusdan ölənlərin sayı 70 mini ötdü

braziliyada-koronavirusdan-olenlerin-sayi-70-mini-otdu
Oxunma sayı: 1520

Braziliyada son sutka ərzində daha 41 724 nəfərdə koronavirus aşkarlanıb, 1144 nəfər bu virusun qurbanı olub. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 1,800,570-ə, bu virusdan ölənlərin sayı isə 70,398-ə yüksəlib.

Bundan əlavə, indiyədək 1,185,596 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.