Braziliyada virusa yoluxanların sayı 1000 nəfərdən çox artdı

braziliyada-virusa-yoluxanlarin-sayi-1000-neferden-cox-artdi
Oxunma sayı: 728

Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı min nəfərdən çox artıb və 7910-a çatıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“7910 təsdiqlənmiş hal, 299-u dünyasını dəyişib, ölüm faizi 3,8-dir”, - məlumatda qeyd edilib.

Daha əvvəl yoluxanların sayı 6836 nəfər təşkil edirdi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 820 mindən çox insan bu virusa yoluxub, 40 mindən çox pasiyent dünyasını dəyişib.