Bred Pitt və Ancelina Colinin malikanəsi hərraca çıxarılır - Foto

bred-pitt-ve-ancelina-colinin-malikanesi-herraca-cixarilir
Oxunma sayı: 3205

Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin Nyu Orleandakı malikanəsi hərraca çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Bildirilib ki, hərrac dekabrın 11-nə planlaşdırılıb. Malikanənin başlanğıc qiymətinin 5,35 milyon dollar olacağı bildirilib.

Qeyd edək ki, cütlük malikanəni 2007-ci ildə 3,5 milyon dollara alıb. Onlar 2018-ci ildə boşanıblar.