Britaniyada “Brexit” qalmaqalı - Conson qərarını verdi

britaniyada-brexit-qalmaqali
Oxunma sayı: 1788

Britaniyalı parlamentarilər “Brexit” haqqında qanun layihəsini ikinci oxunuşda dəstəkləyiblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Boris Consonun Baş Nazir postunda parlamentdə ilk qələbəsi təmin olunub. 329 deputat qanun layihəsinin lehinə, 299-u əleyhinə səs verib. Ancaq 15 dəqiqə sonra keçirilmiş səsvermə nəticəsində Consonun qanunun 3 gün müddətinə qəbul edilməsi təklifi qəbul olunmayıb.

Belə olan halda Boris Conson Böyük Britaniyanın Avropa İttifaqından oktyabrın 31-də saziş olmadan çıxmasını təhlükə altında qoyan qanun  layihəsinin parlamentdə baxılmasını dayandırıb.