Rusiyada Azərbaycan vətəndaşı güllələndi

rusiyada-azerbaycan-vetendasi-gullelendi
Oxunma sayı: 675

Rusiyada Azərbaycan vətəndaşı güllələnib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanları "БМВ Х6" markalı avtomobilin sürücüsünün yoldan keçən piyada 57 yaşlı Alik Cəbrailbəylini vurduqdan sonra sürücü ilə piyada arasında mübahisə başladığını bildirib. Mübahisə nəticəsində sürücü tapancanı çıxararaq piyadanın başından vurub və hadisə yerini tərk edib. Güllə piyadanın yanağında dəyib və yaralı özü yaxınlıqda yerləşən tibb məntəqəsinə müraciət edib. Zərərçəkənin hazırda həyati təhlükəsi yoxdur.

Piyadanı vurub qaçan sürücü isə axtarışdadır.