Brüsseldə “Brexit”lə bağlı müqavilə imzalandı

brusselde-brexitle-bagli-muqavile-imzalandi
Oxunma sayı: 742

Avropa İttifaqı (Aİ) Şurası və Avropa İttifaqı Komissiyasının rəhbərləri yanvarın 24-də Brüsseldə İngiltərənin Avropa Birliyindən çıxmasına dair ( “Brexit”) saziş imzalayıblar.

“Qafqazinfo”nun “Röyters”ə istinadən məlumatına görə, sənədi Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen  imzalayıb.

“Bu gün Ursula von der Leyenlə birgə sazişi imzaladıq. Dəyişikliklər qaçılmazdır, lakin dostluğumuz qalacaq. Birlikdə yeni bir səhifə yazmaqda maraqlıyam”, - deyə Ş. Mişel öz tvitter mikrobloqunda məlumat verib.

Qeyd edək ki, sənəd yanvarın 29-da Avropa Parlamentində təsdiqlənəcək. “Brexit” 31 yanvar 2020-ci il tarixinə planlaşdırılır.