Türk seriallarının yayım vaxtı dəyişəcək –Pis xəbər

turk-seriallarinin-yayim-vaxti-deyisecek-pis-xeber
Oxunma sayı: 847

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, D. Dursun deyib ki, quruma daxil olan şikayətlərin 50%-i seriallarla bağlıdır. Odur ki, yeni qərarlarında seriallara bəzi kriteriyalar qoyulacaq, cəzalar da ağırlaşdırılacaq.

Kanalların “ağıllı işarələri”nin də ekranın aşağı hissəsində əks olunacağını deyən RTÜK sədri əlavə edib ki, yayımçılar proqramın məğzini anladan simvolları istifadə etmək məcburiyyətindədirlər: “Beləcə, işarələr vasitəsilə izləyici öncədən məlumatlandırılacaq. Uşağına həmin proqrama baxmasına icazə verib-verməyəcəyini biləcək”.

D. Dursunun sözlərinə görə, əsasən “18+” işarəsi olan proqram və seriallar Türkiyə vaxtı ilə saat 20.00-da yayımlanmayacaq. Bunlar uşaqların ekran qarşısında olmadığı saat 23.00-dan sonra yayımlana biləcək.

Uşaqların reklam, serial və filmlərdə rol almasına da münasibət bildirən sədr Türkiyənin Çalışma Bakanlığı ilə birlikdə bu barədə müzakirə aparılacağını söyləyib.

Nigar Məmmədli