“Bilirəm ki, nə olursa-olsun, o, həmişə dinləyir, dəstəkləyir. Hansı məsləhəti verirsə versin, bilirəm ki, ona 100 faiz etibar edə bilərəm”.
“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, bunu prezident İlham Əliyevin qızı Arzu Əliyeva deyib.
Videoçarx Arzu Əliyevanın ”Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində İlham Əliyevin ad günü münasibətilə yerləşdirilib.
“Görürəm ki, mən, Leyla, nəvələri və bütün ailə yanında olan anlarda atam həqiqətən də sevinir. Bunu görən hər kəsin qəlbində bayram və xoş əhval-ruhiyyə olur”, - Arzu Əliyeva deyib.
Son xəbərlər
Son Xəbərlər