Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişir

Bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişir
Oxunma sayı: 1309

52 və 193 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, buna səbəb Mirmahmud Kazımovski küçəsinin Əlillərin Bərpa Mərkəzinin qarşısından Mirzə Məmmədxan küçəsinə kimi olan hissəsində aparılacaq təmir işləridir.