“Bu, bizim dövlətimizə qarşı olan qəsddir”

bu-bizim-dovletimize-qarsi-olan-qesddir
Oxunma sayı: 4161

“Bu, bizim dövlətimizə qarşı olan qəsddir”.

“Qafqazinfo” xəbər verir ki, bunu şəhid Orxan Əsgərovun hüzür mərasimi zamanı jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Məhərrəm Əliyev deyib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik M.Əliyev bildirib ki, məsələ aydınlaşdırmalıdır:

“Bu, bizim dövlətimizə qarşı olan qəsddir. Azərbaycan xalqı bunu unutmayacaq. Orada zərərçəkənlər hamısı dövlətin nəzarətindədir. Allah onların ailələrinə səbr versin. Hesab edirəm ki, dünya da bu işə öz qiymətini verəcək, bu qəsdi pisləyəcək. Hələlik araşdırmalar gedir, vaxt lazımdır”.

Qeyd edək ki, yanvarın 27-də Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfəri isə yaralayıb. O.Əsgərov bu gün II Şəhidlər Xiyabanında dəfn edilib.

Amin Nəzərli