“Bu, bütün bəşəriyyətin ölümünə səbəb ola bilər”

bu-butun-beseriyyetin-olumune-sebeb-ola-biler
Oxunma sayı: 4639


“Süni intellektin (AI) sistemli və daimi inkişafı bütün bəşəriyyətin ölümünə səbəb ola bilər”.

“Qafqazinfo” “Business Insider”ə istinadən xəbər verir ki, bunu “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri, xAI startapının yaradıcısı İlon Mask Los-Ancelesdə süni intellektlə bağlı konfransda çıxışı zamanı alim və süni intellekt sahəsində əsas tədqiqatçılardan biri Cefri Hintonun bu haqda qiymətləndirməsi ilə bağlı danışan zaman deyib.

“Düşünürəm ki, onun bu ehtimalının təxminən 10 və ya 20% və ya bu diapazonda bir şey olması ilə bağlı təxminləri ilə razılaşardım”.