Bu gecə İran bayrağı videoproyeksiya olundu - Video

Bu gecə İran bayrağı videoproyeksiya olundu
Oxunma sayı: 3433

Aprelin 7-də Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olunub.

"Qafqazinfo" xəbər verir ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın  beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.  Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. 

Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi