Sentyabrın 28-dən ölkədə hərbi vəziyyət elan olundu

Sentyabrın 28-dən ölkədə hərbi vəziyyət elan olundu
Oxunma sayı: 32474

2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən Azərbaycanda hərbi vəziyyət elan olunur. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu barədə Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib.

H.Hacıyev bildirib ki, Prezidentin fərmanı ilə hərbi vəziyyət elan olunub: "Prezidentin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında qəbul edilən fərman Prezident tərəfindən təsdiqlənib".

Belə ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21-dan səhər saat 06-dək komendant saatı tətbiq edilir. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Müvafiq icazələrin alınması Asan xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə elektron icazə formatında həyata keçiriləcək.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi