Bu gün AŞPA-nın payız sessiyası başlayır

bu-gun-aspa-nin-payiz-sessiyasi-baslayir
Oxunma sayı: 651

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası Strasburq şəhərində öz işinə başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı AŞPA-nın Mətbuat Xidməti yayıb.

Sessiya hibrid formada, yəni üzv dövlətlərin nümayəndə heyətlərinin uzaqdan və yaxud fiziki iştirakı ilə baş tutacaq.

Qeyd olunur ki, sessiyanın ilk günündə millət vəkilləri Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistan üçün humanitar nəticələrini müzakirə edəcəklər. 

Bununla yanaşı bildirilir ki, həftə ərzində, həmçinin Avropada sosial-iqtisadi bərabərsizliklər, namus cinayətləri ilə mübarizə və s. məsələlər də müzakirə olunacaq. 

Sessiya sentyabrın 30-na kimi davam edəcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etmək üçün Strasburq şəhərinə səfər edib. Nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Niqar Arpadarai və Kamal Cəfərov daxildirlər.