Bu gün futbol var

bu-gun-futbol-var
Oxunma sayı: 1218

Birinci oyun gününün ən maraqlı görüşlərindən biri Hollandiyada baş tutacaq. Yerli “Tvente” üçüncü təsnifat mərhələdində “Trabzonspor”u mübarizədən kənarlaşdıran Portuqaliyanın “Benfika” klubunu qəbul edəcək.

Digər maraqlı qarşılaşma isə İngiltərdə keçiriləcək. Londonun “Arsenal” klubu İtaliya təmsilçisi “Udineze” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Rusiya "Rubin"i isə daha çətin sınaq qarşısındadır. ÇL-in III təsnifat mərhələsində Kiyev "Dinamo"sunu mübarizədən kənarlaşdıran "Rubin"in bu dəfəki rəqibi isə Fransa "Lion"udur.

İkinci oyun günündə də maraqlı görüşlər keçiriləcək. Sözsüz ki, ən diqqətçəkən oyunlardan biri Zaqreb “Dinamo”su ilə “Malmö” arasında baş tutacaq.

Xatırladaq ki, Xorvatiya təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində “Neftçi”ni turnirdən kənarlaşdırmışdı.


16 avqust

Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyunları

23:45. “Kopenhagen” (Danimarka) – “Viktoriya” (Çexiya)
23:45. BATE (Belarus) – “Şturm” (Avstriya)
23:45. “Tvente” (Hollandiya) – “Benfika” (Portuqaliya)
23:45. “Arsenal” (İngiltərə) – “Udineze” (İtaliya)
23:45. “Lion” (Fransa) – “Rubin” (Rusiya)


17 avqust

23:45. “Visla” (Polşa) – APOEL (Kipr)
23:45. “Makkabi” (Hayfa, İsrail) – “Genk” (Belçika)
23:45. “Dinamo” (Xorvatiya) – “Malmö” (İsveç)
23:45. “Odense” (Danimarka) – “Vilyareal” (İspaniya)
23:45. “Bavariya” (Almaniya) – “Sürix” (İsveçrə)

Qeyd edək ki, ÇL-in pley-off mərhələsinin cavab oyunları avqustun 23-24-də keçiriləcək.