Bu gün Günəş Yerə maksimum yaxınlaşacaq

bu-gun-gunes-yere-maksimum-yaxinlasacaq
Oxunma sayı: 1803

Bu gün Günəş Yer planetinə maksimum dərəcədə yaxınlaşacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva Planetariumunun saytı astronom Aleksandr Yakuşeçkinə istinadən məlumat yayıb. Günəş saat 10:48 radələrində Perihelion nöqtəsini keçəcək. Bu, planetin Günəşə ən yaxın orbit nöqtəsidir.

Qeyd olunur ki, Yer orbitinin perihelionu Günəşə 147 098 291 kilometr məsafədə yerləşir.