Bu il üçün sonuncu faiz qərarı açıqlandı

bu-il-ucun-sonuncu-faiz-qerari-aciqlandi
Oxunma sayı: 311

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizi ilə bağlı bu ilin sonuncu qərarı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, AMB-nin İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb.

Bildirilib ki, uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsinə endirilib:

“Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb”.