Amnistiyanın tətbiqinə dair məhdudiyyətlər müəyyənləşib

amnistiyanin-tetbiqine-dair-mehdudiyyetler-mueyyenlesib
Oxunma sayı: 3400

“Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilməsi gözlənilən amnistiya aktının hansı cinayətlərə şamil olunmayacağı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, amnistiya ağır və xüsusilə ağır cinayətlərə ümumiyyətlə şamil edilmir.

Bundan əlavə, amnistiya aktı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kateqoriyasına daxil olan-güclü ruhi həyəcan vəziyyətində adam öldürmə, ehtiyatsızlıqdan adam öldürmə, əzab vermə, seksual xarakterli əməllər, intihar həddinə çatdırma, hərbi cinayətlər, eləcə də ordunun şəxsi heyəti, hərbi silah, sursat və ya texnikanın hərəkəti və dislokasiyası ilə bağlı məlumatların yayılması, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, özgə əmlakının məhv edilməsi, qumarxana təşkili, narkotiklərin dövriyyəsinə aid olan bir neçə maddələrlə törədilən cinayətlərə də aid edilməyəcək.

Amnistiyanın tətbiqində Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə məhdudiyyətlər müəyyənləşib:

101, 115.1, 122.2, 124, 125, 127.2, 133.2, 136.3, 137, 138.2–138.4, 139.2, 139-1, 140.2, 140.4, 141.4, 142.4, 142.5, 145.2, 146.2, 151, 152.1–152.3, 153.1–153.3, 159.4, 162.2, 162.3, 167-1.3–167-1.5, 167-2.2, 167-3, 168, 168-1.2, 168-1.3, 169.2, 170.1, 170.2, 171.1, 171-1.1, 171-2, 172, 176-1, 176-2, 177.1, 177.2, 180.1, 180.2, 182.1, 183.1, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192.3, 192-2.1, 192-2.2, 192-2.4, 192-2.5, 193.2, 193.3, 193-1.1, 194.2, 195-1.3, 195-2.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 200-3.1–200-3.4, 201.2, 204.1, 205, 205-1, 206.1–206.2, 206-1, 207, 208, 209.3, 213.2, 213.3, 213-1.2, 214-2, 220.2, 221.2, 221.3, 222.3, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 226.3, 227.1, 227.2, 227-1, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 233-4.2, 233-4.3, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1–240.2, 243, 244, 244-1.2, 244-1.3, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 255.2, 256.3, 258.3, 259.2–259.4, 260.2, 260.3, 262.2, 263.2, 263-1.1, 263-1.2, 264, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 270-1.3, 271.3, 272.3, 273.4, 281.1, 281-1.1, 283, 283-1.4, 284.1, 284-1, 284-2.1, 285, 288.1–288.3, 289, 290, 291, 292.2, 292.2-1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308, 308-1, 308-2.4, 309.1, 312.1, 312-1, 313, 314.2, 314.3, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 314-4, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 318, 318-1.2, 319.2, 320, 321.2, 323, 324, 328.2, 328.3, 329.1, 329.2, 330.1–330.3, 332.1-2, 332.2, 335.3, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.1-1, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1.

Amnistiya aktı elan edildikdən ən geci 4 ay ərzində icra edilməlidir.

Nuranə Daxilqızı