Bu məhsullar yuxusuzluğa səbəb olur

bu-mehsullar-yuxusuzluga-sebeb-olur
Oxunma sayı: 2353

ABŞ-ın Kolumbiya Universitetinin nəzdində fəaliyyət göstərən Həkim və cərrahlar kolleci qida rasionunun yuxunun keyfiyyətinə təsirini müəyyən edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “MedicalXpress” yazıb.

Dosent Ceyms Qanqviş və komandası 50 mindən çox könüllünün qida rasionu ilə tanış olub. Məlum olub ki, rafinə edilmiş karbohidratlarla zəngin məhsullardan istifadə edən şəxslərdə yuxusuzluğun yaranma riski artır. Bu məhsullara şəkər, ağ çörək, ağ düyü aiddir. Onların hamısı qanda şəkərin səviyyəsini qaldırır.

Alimlərin sözlərinə görə, meyvə, tərəvəz və sellülozlu rasion tədqiqat aparılanların yuxusuna müsbət təsir göstərib.