“Bu, necə ölkədir, mən belə bir şey görməmişəm?!” - Ermənistandakı rus komandir

“Bu, necə ölkədir, mən belə bir şey görməmişəm?!”
Oxunma sayı: 10534

Ermənistandakı 102-ci Rusiya hərbi bazasının komandiri, polkovnik Dmitri Ovçarov Ermənistan ordusundakı qarışıqlıqdan, rus hərbçilərinə hörmətsizlikdən şikayətlənib.

“Qafqazinfo” “Haqqin.az”a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Bu necə ölkədir, mən belə bir şey görməmişəm?! Təhlükəsizlik qüvvələrinin rəisi ilə görüşürəm, 4 gündən sonra onu işdən çıxarırlar. Ya mənə nifrət edirlər, ya da tamamilə çətindir, heç nə başa düşmürəm. Bizim burada onların təhlükəsizliyini təmin edən böyük bazamız var.

Onların isə bizimlə heç bir əlaqəsi yoxdur və bu əlaqəni qurmaq belə istəmirlər. Biz onların üstündə səmada hava şousu təşkil etdik, Ermənistanın müdafiə nazirini bu tədbirə xüsusi dəvət etdik, o, gəlmədi və öz nümayəndələrini göndərməyə belə zəhmət çəkmədi.

Bu nədir? Bununla nə izah etmək istəyirlər?”, - Rusiya hərbi bazasının komandiri hiddətlə soruşur.