Bu ölkə də öz vətəndaşlarını Qəzza zolağından təxliyə edir

bu-olke-de-oz-vetendaslarini-qezza-zolagindan-texliye-edir
Oxunma sayı: 1856

İordaniya öz vətəndaşlarını Qəzza zolağından Rəfah keçid məntəqəsi vasitəsilə təxliyə etməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Xarici İşlər və Qürbətçilərin İşləri Nazirliyi qardaş Misir Ərəb Respublikasının səlahiyyətli orqanları ilə razılaşdırılaraq, İordaniya vətəndaşlarının Qəzza zolağından Rəfah keçid məntəqəsi vasitəsilə təxliyəsinə başlandığını elan edib”, - deyə məlumatda bildirilib.