Bu ölkə Ermənistanda səfirliyini açır

Bu ölkə Ermənistanda səfirliyini açır
Oxunma sayı: 9923

Kanada Ermənistanda səfirliyini açır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli Tviter hesabında məlumat verib.

Onun sözlərinə görə, Kanada dünyada sülh və demokratiyanın bərqərar olması üçün fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Ermənistan və Kanada rəsmi olaraq 1992-ci ildə diplomatik münasibətlər qurub. 1995-ci ildə Ermənistan Ottavada səfirlik açıb. 1997-ci ildə isə Kanada İrəvanda konsulluq açıb.