Bu ölkədə həftəsonunun müddəti artırıldı - Dünyada ilk

bu-olkede-heftesonunun-muddeti-artirildi
Oxunma sayı: 9043

Birləşmiş Ərəb Əmirliyində həftəsonu günləri dəyişdirilib.

“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə istirahət günlərinin sayı artırılıb.

Hökumətin qəbul etdiyi qərara əsasən, 2022-ci il yanvarın 1-dən işçilər dörd gün yarım işləyəcəklər.

Yeni dövrdə iş günləri bazar ertəsindən cümə axşamına kimi saat 07.30-da başlayacaq və 15.30-da başa çatacaq. İş saatları cümə günləri yenidən saat 07.30-da başlayacaq, lakin saat 12:00-da bitəcək. Məmurlar həmçinin cümə günləri evdən işləmək hüququna malik olacaqlar.

BƏƏ iş gününü 5-dən aşağı endirən dünyada ilk ölkə olacaq.

Məlumata görə, hökumətin bu qərarı işçilərin performansını yaxşılaşdırmağa, iş-həyat balansına və sosial rifaha nail olmağa hesablanıb.