Bu ölkədə təbii fəlakət 153 can aldı

bu-olkede-tebii-felaket-153-can-aldi
Oxunma sayı: 1327

Şri-Lankada “Ditva” siklonunun yaratdığı torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 153 nəfər həlak olub, 191 nəfər itkin düşüb, ölkə üzrə yarım milyondan çox insan zərər çəkib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadlən xəbər verir ki, Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatına görə, 78 mindən çox insan əsasən məktəblərdə yerləşən 800-ə yaxın yardım mərkəzinə köçürülüb.

Minlərlə polis, dəniz qüvvələri və ordu qoşunları ərzaq paylayır, yolları təmizləyir və ailələri təhlükəsiz yerlərə köçürürlər.