Bu özəl lisey təhsil haqqına 1400 azn endirim etdi

bu-ozel-lisey-tehsil-haqqina-1400-azn-endirim-etdi
Oxunma sayı: 3596

Kaspi Liseylərinə 2021-2022-ci tədris ili üçün 1-ci sinifdən 11-ci sinfədək şagirdlərin qəbulu davam edir. Növbəti tədris ili üçün şagirdlərə əhəmiyyətli endirim və güzəştlər nəzərdə tutulub. Bu ilin 1 may tarixində keçiriləcək qəbul imtahanlarında iştirak edərək “Təqaüd” müsabiqəsində (riyaziyyat, ingilis dili və Azərbaycan dili) yüksək nəticə göstərən şagirdlər xüsusi endirimlər (25%, 50% və 75%) və ən əsası ödənişsiz təhsil imkanları qazana biləcəklər.

VIII və IX sinifə  qəbul olmaq istəyən (cari ildə VII və VIII siniflərdə təhsil alan) şagirdlər arasında imtahanda hər sinif üzrə ən yüksək nəticə göstərən 1 nəfər 75%, 1 nəfər isə 50% endirim əldə edəcək. X və XI sinfə qəbul olan (cari ildə IX və X siniflərdə təhsil alan) şagirdlərdən isə hər sinif üzrə ən yüksək nəticə göstərən 1 nəfər tamamilə ödənişsiz, 1 nəfər 75%, 1 nəfər isə 50% təhsil haqqında güzəşt qazanacaq. 80%-dən yüksək nəticə göstərən və nəticəsi ən yaxşı olan hər sinif üzrə 5 şagird isə təhsil haqqında 25% endirim əldə edəcək.

Yeni tədris ili üçün X-XI siniflərdə təhsil alan şagirdlər üçün digər üstünlüklər də nəzərdə tutulub. Belə ki, şagirdlərin hamısı endirimli (hər iki liseydə 1400 AZN olmaqla) təhsil haqqından yararlana biləcəklər. Ümumi təhsil haqqına məktəbli geyimi, gündəlik qidalanma və dərsliklər daxildir.

Respublika fənn olimpiadalarının və fənn müsabiqilərinin qaliblərinə də güzəştlər nəzərdə tutulub. Respublika fənn müsabiqələrinin (VI-VII siniflərin şagirdləri) və fənn olimpiadalarının (IX-X sinif şagirdləri) qalibləri “Təqaüd” müsabiqəsində iştirak etmədən birbaşa güzəştli təhsil almaq hüququ əldə edirlər. Fənn olimpiadalarının qalibləri qızıl və gümüş medalçılar – tam ödənişsiz,  bürünc medalçılar isə 75% güzəştdən yararlanacaqlar. Fənn müsabiqəsində  I yer tutan - qızıl medal alan şagirdlər 75%, gümüş və bürünc medal alan şagirdlər isə 50% endirimdən faydalana biləcəklər.

“Mükəmməl milli təhsil amalımızdır!” şüarı ilə 2014-cü ildən fəaliyyətə başlayan və milli-bəşəri dəyərləri özündə əks etdirən “Kaspi” Liseyinin Qəbul qaydaları haqqında ətraflı məlumatla www.kaspiliseyi.az saytından tanış ola bilərsiniz.