Bu paltardan Röya da geyinmişdi... - Fotolar

bu-paltardan-roya-da-geyinmisdi
Oxunma sayı: 7251

Ötən gün “Oscar” mükafat mərasimindən sonra təşkil olunan tədbirə amerikalı məşhur model Kendall Jenner də gəlib. “Qafqazinfo” xəbər verir ki, 22 yaşlı “Viktoriya Sekret”in mələyi geyimi ilə diqqət mərkəzində olub.  Kendallın geyimini məşhur modelyer Marni Senofonte hazırlayıb. 

O, “Marnix marni” markası adı altında həmin libası satışa çıxarıb. Bu məqamda bildirək ki, Marni Beyons, Rita Ora, Kim Kardaşyan kimi ulduzların geyimlərini hazırlayır. 

Kendallın qara və dərin dekolteli paltarı Azərbaycan mətbuatına yad deyil. Belə ki, həmin geyimin bənzərini əməkdar artist Röya Ayxan da “Altın kelebek”in Bakıda keçirilən şousunda istifadə edib. 

Röyanın eyni modeldə olan paltarını özünəməxsus olan moda evi ərsəyə gətirib.