“ABŞ administrasiyası baş verən hadisəni Prezident Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi kimi qiymətləndirir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirdiyi xüsusi brifinqdə məlumat verib.
Levitt qeyd edib ki, aprelin 25-də “Washington Hilton” hotelində baş verən insident təkcə prezidenti deyil, administrasiyanın yüksəkrütbəli üzvlərini də hədəf alıb.
Məlumata görə, hücumçu prezident Donald Trampı, vitse-prezident Cey Di Vensi və orada olan digər nazirləri qətlə yetirmək niyyətində olub:
“Atışma başlayan kimi Məxfi Xidmət əməkdaşları Tramp və Vens ailəsini dərhal təhlükəsiz zonaya təxliyə ediblər. Şübhəli şəxs isə hadisə yerindəcə zərərsizləşdirilərək saxlanılıb. Ziyafətdə ABŞ-nin bütün rəhbər heyəti – dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, FTB direktoru Keş Patel və maliyyə naziri Skott Bessent iştirak edirdi. Bu, Trampın həyatına edilən növbəti sui-qəsd cəhdidir və hazırda FTB hadisənin bütün təfərrüatlarını araşdırır. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb”.
Xatırladaq ki, prezident Donald Tramp daha əvvəl də seçki kampaniyası dövründə bənzər hücumlarla üzləşmişdi.
Son xəbərlər
Son Xəbərlər