“Bu uğura görə ölməyə hazır idik” - Veşoviç

bu-ugura-gore-olmeye-hazir-idik
Oxunma sayı: 1419

“Qarabağ”ın futbolçusu Marko Veşoviç 1/8 finala adlamaqları barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, müdafiəçi “Braqa” ilə dünənki cavab görüşündən sonra jurnalistlərə açıqlamasında bunları söyləyib: “Biz xoşbəxtik, razıyıq. Biz tarixi nəticə əldə etdik. Bu gün bu uğuru qazanmağa görə ölməyə belə hazır idik. Növbəti mərhələyə vəsiqə qazandıq. Bu, bizim üçün çox vacibir. Biz xarakterimizi göstərdik. Güclü rəqibə qarşı yüksək səviyyədə oyun nümayiş etdirdik”.

Marko öz oyunundan da razı qalıb: “Komandama kömək etdim. Düşünürəm ki, bütün oyunçular yaxşı oynadılar. Bütün oyunçular 100 faiz güclərini, ürəklərini ortaya qoydular. Emosional bir matç idi. Yəqin ki, hamı bunu görürdü. Düşünürəm, azarkeşlər də bu gün xoşbəxt və razıdırlar”.

Veşoviç 1/8 finaldakı potensial rəqibləri haqda belə deyib: “Heç bir rəqibə üstünlük vermirəm. Sadəcə şadıq və bu andan həzz almaq istəyirik”.