Bu vəzifə də Əfsərliyə tapşırıldı

bu-vezife-de-efserliye-tapsirildi
Oxunma sayı: 647

“Neftçi” PFK Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyev vəzifəsindən gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özü məlumat yayıb. 

Bu vəzifədə fəaliyyətini bitirdiyini qeyd edən Fətəliyev bundan sonra qurumla bağlı hər hansı sualı Rüstəm Əfsərliyə ünvanlamağı xahiş edib.

Qeyd edək ki, “CBC Sport”un şərhçisi Rüstəm Əfsərli daha öncə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri təyin edilmişdi.