Bunlar dövlət əmlakı siyahısından çıxarıldı - Özəlləşdirilə bilər

bunlar-dovlet-emlaki-siyahisindan-cixarildi
Oxunma sayı: 2903

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakı sırasından çıxarılır.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 6.2.1-ci maddəsindən (özəlləşdirilməsi qadağan olunan əmlak) “geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri” sözləri çıxarılır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Zaur Mirzə